Bakıda avtobusda cibgirlik edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə fevralın 4-də rayon ərazisində “Daewoo” markalı marşrut avtobusunda bir nəfərin Bakı şəhər sakini A.Dəllalianın mobil telefonunu soyğunçuluq yolu ilə alması və avtobusdan düşərək qaçması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əıməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.