Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) xüsusi ittiham qaydasında şikayət edilib.
“Unikal” xəbər verir ki, iş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır.
Məhkəmə iclası fevral ayının 17-i saat 15:00-a təyin olunub.
Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkə hesabında bir qrup jurnalistin ünvanına xoşagəlməz ifadələr yazıb.
Buna səbəb isə London Məhkəməsində Feyziyevlər ailəsinə məxsus 5 milyon funt-sterlinqlə bağlı qalmaqal olub.