“Azərişıq” ASC-nin əməkdaşları “Laçın dəhlizi”nin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlərə başlayıblar.
"Unikal" report-a istinadən xəbər verir ki, “Azərişıq”ın əməkdaşları dəhlizdə işlər aparır.
İşçilərin təhlükəsizliyini isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları qoruyur.
Qeyd edək ki, təchizat işləri “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.