"Hazırda ölkəmizdə elə bir zona yoxdur ki, zəlzələ ocağında güclü hazırlıq getsin və dağıdıcı zəlzələ olsun".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, gündəlik təkanlar olur ki, bunlar hiss olunan deyil və yalnız cihazlar tərəfindən qeydə alınır.
"Ola bilər ki, zəif təkanlar içərisində hiss ediləni olsun. Amma 8-9 ballıq zəlzələ ehtimalı yoxdur".
Ötən gün axşam saatlarında Gürcüstan ərazisində baş verən zəlzələnin ölkəmizə hər hansı bir təsirinə gəlincə, Q.Yetirmişli qeyd edib ki, qonşu ölkələrdə baş verən zəlzələnin ölkəmizə heç bir təsiri ola bilməz.
"Ötən gün baş verən zəlzələlər güclü olduğu üçün ora yaxın sərhəd rayonlarında hiss olunmuşdu".
Anar Kəlbiyev