Türkiyəli müğənni Oğuzhan Koç aktrisa Demet Özdemirə sürpriz tədbir hazırlayaraq evlilik təklifi edib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin "Dünyadan uzak" mahnısı ilə etdiyi təklifə aktrisa "hə" cavabını verib.

Cütlüyün sosial şəbəkədə birgə fotosu da yayılıb. Demetin barmağındakı üzük izləyicilərin diqqətini çəkib.

Qeyd edək ki, Oğuzhan və Demet bir müddət əvvəl qısqanclıq səbəbindən ayrılmışdılar.