Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədovla bağlı verdiyi apellyasiya şikayətinə baxılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, məhkəmə AMEA-nın şikayətini təmin etməyib. Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi E.Məmmədovun AMEA-dakı işinə bərpa olunması ilə bağlı qərar qəbul etmişdi.
Murad İbrahimli