Milli Məclisdə Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixinin Türkiyə və Azərbaycanın ortaq bayramı kimi qeyd olunması təklif edilib.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa çıxış edib.
Deputat təklif edib ki, 15 iyun hər iki ölkədə Müttəfiqlik Günü kimi qeyd olunsun.