“Hələ də rayonlararası avtobuslarla bağlı problemlər var. Ən böyük problem isə sürücülərə tibbi xidmətin göstərilməsi köhnə qayda ilə aparılır. Sürücülərə tibbi xidmətlərin göstərilməsi müasir standartlara uyğun olaraq həyata keçirilməlidir”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Mümkündürsə, dəmiryolu ilə sərnişindaşımaya yenidən baxaq. Bu məsələnin həllini tapması yaxşı olardı”, - o bildirib.
Deputat sınaq imtahanlarının qiymətinin baha olmasını da qeyd edib: “Bu imtahanların qiyməti aşağı salınmalıdır”.