"Ümid edirik ki, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digər cinayət törədənlərin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq".
"Unikal" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
N.Əvəzov bildirib ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub. Özünü qondarma qurumun prezidenti kimi təqdim edən Araik Arutunyan özünün sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb.
Buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.