Azərbaycan və İspaniya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi ilə bağlı saziş təsdiq edilib.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.