“Gələcəkdə bütün tibbi xidmətlər icbari tibbi sığorta ilə əhatə olunmalıdır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, onkoloji xəstəliklərin müalicəsi çox böyük maliyyə tələb edir:
“Ona görə icbari tibbi sığorta ilə qarşılana bilmir. Amma əminəm ki, gələn il onkoloji xəstəliklər də icbari tibbi sığorta çərçivəsində qarşılanacaq. Bu məsələdə artıq müzakirə edilir”.