Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) struktur və kadr dəyişikliyi olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, ASC sədri Zaur Mikayılovun əmri ilə, İqtisadiyyat, maliyyə və daxili audit şöbəsi ləğv edilib. Əvəzində isə Maliyyə və iqtisadiyyat şöbəsi yaradılıb.
Z.Mikayılovun digər əmri ilə, yeni yaradılan şöbəyə Anar Əliyev müdir təyin edilib.
Qeyd edək ki, ləğv edilən şöbənin müdiri Namiq Nağıyev idi.
Murad İbrahimli