Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıb.
Ədliyyə Nazirliyindən "Unikal"a verilən məlumata görə, 15.02.2022-ci il tarixinə nazirliyin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən "8 Noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli qərarı 12 570 nəfərə tətbiq edilib.
Onlardan - 5009-u Penitensiar, 6759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib, Amnistiyanın tətbiqi nəticəsində 8138 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 3630 nəfərin isə cəzası azaldılıb.