Türkiyəli müğənni Arif Şəntürk vəfat edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bazar günü səhhətində yaranan problemə görə reanimasiyaya yerləşdirilən sənətçi 81 yaşında dünyasını dəyişib.
Onun ölümünə səbəb isə ürəyinin dayanması olub.
Sənətçi ilə vida mərasimi sabah keçiriləcək.
Qeyd edək ki, Arif Şəntürk 1941-ci ildə Makedoniyanın Kumanova şəhərində anadan olub. O, bir müddət doğulduğu şəhərdəki məktəbdə təhsil aldıqdan sonra ailəsi ilə birlikdə Türkiyəyə köçmüşdü.