Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, rayon sakini D.Hüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.
Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.