İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.

"Unikal" xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Pərvin Baxşəliyeva Marketinq və tədbirlər şöbəsinə müdir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, P. Baxşəliyeva bundan əvvəl Agentlikdə koordinator vəzifəsində çalışıb.