Analitik Ekspertiza Mərkəzi 01.01.2022-14.02.2022-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı açıqlayıb.
AEM-dən "Unikal"a verilən xəbərə görə, Bakı şəhəri üzrə - 22, digər rayonlar üzrə 8 aptek olmaqla 30 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
Müsadirə edilmiş qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 58 adda, 90.4 qutu təşkil edib: “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilib”.