“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunub.
"Unikal" xəbər verir ki, bununla bağlı TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub.
O, 14 fevral tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə 2005-ci ildə “525-ci qəzet”-də başlayıb. 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Anar Kəlbiyev