Fevralın 19-u saat 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
Bunu "Unikal"a açıqlamasında AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.
O bildirib ki, ümumi yığıncaqda AMEA prezindeti Ramiz Mehdiyevin istefa ərizəsinə baxılacaq.
"Gündəlikdə olan təşkilati məsələdir. AMEA prezindetinin işdən getməsi ilə bağlı ərizəsi və onun vəzifə səlahiyyətlərinin müvəqqəti olaraq Akademiyanın prezidenti vəzifəsinin icra edəcək şəxsə həvalə olunması ilə bağlı ümumi yığıncağın qərarı olacaq".
Qeyd edək ki, AMEA prezidentinin vəzifəsinin icrasının Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunacağı gözlənilir.
Anar Kəlbiyev