Komediya ustası Ata Dəmirərin son halını görənlər onu tanımaqda çətinlik çəkiblər.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Özgə Özacar şoumenlə şəklini sosial şəbəkədə paylaşıb.
Daha öncə 140 kiloqram olan aktyor 50 kiloqram arıqlayaraq tanınmaz hala düşüb. Şəkərli qidaları və içkiləri həyatından çıxaran Dəmirər üzərək artıq çəkilərindən xilas olub.