İrlandiya hökuməti ATƏT-nin Ukraynadakı missiyasına daxil olan vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
"Unikal" "Times" qəzetinə istinadən xəbər verir ki, bundan əvvəl rəsmi Dublin irlandları Ukraynanı tərk etməyə çağırmışdı.
"Biz ATƏT və digər tərəfdaşlarla əlaqələri davam etdiririk və ATƏT-nin Xüsusi Monitorinq Missiyasında ( SMM ) işləyən İrlandiya vətəndaşları ilə əlaqə saxlayırıq. Tövsiyə (ölkəni tərk etmək) Ukraynadakı bütün İrlandiya vətəndaşlarına, o cümlədən SMM-də işləyənlərə aiddir", - qəzet İrlandiya Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən yazıb.
Qəzet qeyd edir ki, İrlandiya səfirlik işçilərinin sayını azaltmır. Bununla belə, qəzetin yazdığına görə, Xarici İşlər Nazirliyi diplomatların təxliyəsi üçün planlar hazırlayıb. Belə ki, departament işçilərin hansı hava limanlarından ölkəni tərk edə biləcəyini müəyyən edib.
Ağarza Elçinoğlu