"Prezident Bayden tezliklə amerikalıların Ukraynanın qondarma Donetsk və Luqansk bölgələrinə yeni sərmayə, ticarət və maliyyələşdirməni qadağan edən prezident fərmanını imzalayacaq".
"Unikal" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki Rusiya prezidenti Vladimir Putinin yekun qərarı ilə bağlı yazılı açıqlama yayıb.
Rusiyadan belə bir addım gözlədiklərini qeyd edən Psaki, “Prezident Bayden qondarma Donetsk və Luqansk Xalq Respublikalarına (Rusiyanın müstəqilliyini tanıdığı) və ABŞ-a yeni investisiyalar, ticarət və maliyyə yatırımlarını qadağan edən Prezident Fərmanı verəcək", - deyə bildirib.
Psaki vurğulayıb ki, bu fərman Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə tətbiq olunacaq digər sanksiyalardan ayrıdır.
Qeyd edək ki, Rusiya prezidenti Putin Rusiyaya qondarma Donetsk və Luqansk Xalq Respublikalarını tanımağa icazə verən iki fərman imzalayıb.
Gülayə Mecid