Türkiyədə 3,5 bal gücündə zəlzələ olub.
"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:31-də qeydə alınıb. Zəlzələ ocağı yerin 12,07 km dərinliyində yerləşib.
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat verilmir.