ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild Rusiyanı Ukraynanı daha da işğal etmək üçün bəhanə yaratmağa çalışmaqda günahlandırıb.
"Unikal" xəbər verir ki, Tomas Qrinfild Rusiyanın Ukraynanın çağırışı ilə BMT Təhlükəsizlik Şurasının təcili iclasında Ukraynanın şərqində müstəqilliklərini elan etmiş Donetsk və Luqanskı tanıyacağına dair bəyanatını kəskin tənqid edib.
Rusiyanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hücum etdiyini bildirən Qrinfild, "Onlara sülhməramlılar deyir. Bu cəfəngiyyatdır. Biz onların əslində nə olduğunu bilirik. Bununla da o, dünyanın qarşısında seçim qoydu", - deyə ifadə işlədib.
Baş verənlərə qarşı heç kimin kənarda qalmaması lazım olduğunu qeyd edən ABŞ səfiri, "Üstəlik, prezident Putinin bu addımı açıq şəkildə Rusiyanın Ukraynanı daha da işğal etmək üçün bəhanə yaratmaq cəhdinin əsasını təşkil edir. Bu hərəkətin nəticələri çox uzaqlarda hiss olunacaq. Ukrayna sərhədlərindən kənarda”, - deyə bildirib.
Putinin Rusiya imperiyasının torpaqlarına qayıtmağa çalışdığına diqqət çəkən Tomas Qrinfild, "Putin istəyir ki, dünyanın zamanda səyahəti ilə geriyə qayıtmasını istəyir. Biz 1919-cu ildə deyilik, 2022-ci ildəyik. BMT-nin əsası onun üzərində qurulub. Dünya müstəmləkəsizləşdirmə deyil", - deyə qeyd edib.
Tomas Qrinfild Rusiyanın hərəkətlərinin nəticələrinin ağır olacağı ilə bağlı xəbərdarlıq edib və işğal davam edərsə, Avropa milyonlarla köçkünlə qaçqın böhranı ilə üzləşəcək, həmçinin dağıdıcı insan tələfatı olacaq.
Gülayə Mecid