"NBC News"un məlumatına görə, Rəsmi Vaşinqton Rusiyanın yaxınlaşan işğalı ehtimalı fonunda Ukrayna prezidenti Zelenskini ölkənin qərbindəki Lvov şəhərinə getməyi məsləhət görüb.
"Unikal" xəbər verir ki, Bayden administrasiyası üzvləri Ukrayna Rusiya ordusu tərəfindən işğal olunarsa, Zelenskinin Ukraynanın ikinci şəhərinə, Polşa sərhədindən 80 kilometr uzaqlıqda köçməsinin mümkünlüyünü müzakirə edir.
Ukrayna liderinin köçürülməsi planları ABŞ səfirliyinin və bütün diplomatların fəaliyyətinin Kiyevdən uzaqlaşdırılması ilə bağlı ötən həftə qəbul edilən qərardan sonra yaranıb.
Vaşinqton həmçinin xəbərdarlıq edib ki, Rusiya qoşunları hərbi zərbə ehtimalını əsas gətirərək, Ukrayna paytaxtında yaşayan ABŞ vətəndaşlarını mümkün qədər tez təxliyə etməlidir.
Bununla belə, "NBC"nin xəbərinə görə, Zelenskinin sözçüsü ittihamları təkzib edərək, "Ukrayna lideri və Bayden bu mübadilə zamanı Kiyevi tərk edib, Lvova köçməyi müzakirə etməyiblər", - deyə bildirib.
Gülayə Mecid