Ermənistanda daha iki vəzifəli şəxs işdən çıxarılıb.
"Unikal" xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Raket Qoşunlarının Artilleriya İdarəsinin rəisi Armen Arutyunyan və Silahlı Qüvvələrinin Təlim Baş İdarəsinin rəisi - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Andranik Makaryan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistan Prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan sərəncam imzalayıb.
Gülayə Mecid