Rusiyaya məxsus təyyarə Ukrayna hərbi aviasiyası tərəfindən vurulub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları "Facebook" səhifəsində görüntü paylaşıb.
Videoda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29"-un Rusiyanın "Su-35" hərbi təyyarəsini vurduğu göstərilir.
"Rusiya Federasiyasının təyyarəsinin pilotumuz tərəfindən vurulması", - paylaşımda bildirilib.
Ağarza Elçinoğlu