Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 100 mindən çox dinc sakinin didərgin düşdüyünü bildirib.
"Unikal" xəbər verir ki, bunu BMT-nin sözçüsü Şabia Mantu Cenevrəd keçirdiyi mətbuat konfransında deyib.
"Biz inanırıq ki, 100 mindən çox insan artıq evlərini tərk edib və ya məcburi köçkün olub və onlardan bir neçə min nəfəri beynəlxalq sərhədləri keçib", - deyə ifadə edib.
Mantu ölkə daxilində əhəmiyyətli yerdəyişmənin olduğunu, sərhədlərə və xaricə doğru hərəkətliliyin olduğunu vurğulayıb. O, Ukrayna hakimiyyəti ilə birlikdə qaçan mülki şəxslərə humanitar yardım etdiklərini də qeyd edib.