Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin Moskva ilə regional təhlükəsizliyi müzakirə etmək üçün "bütün imkanları itirdiyini" deyib.
"Unikal" xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında danışan XİN rəhbəri Zelenskinin Moskva ilə danışıqlara hazır olması barədə "yalan danışdığını" təkid edib.
O əlavə edib ki, Moskva Ukrayna ilə yalnız Ukraynanın Rusiya ordusuna hərbi müqavimətini dayandırdığı zaman danışıqlar aparacaq: "Ukrayna silahlı qüvvələri prezidentimizin çağırışından geri çəkilən, müqaviməti dayandıran və silahdan əl çəkən kimi biz danışıqlara hazırıq".
Ağarza Elçinoğlu