Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidentliyinin internet saytının davamlı olaraq kiberhücumlara məruz qaldığını bildirib.
"Unikal" xəbər verir ki, O, Prezidentin saytına edilən kiberhücumlarla bağlı açıqlama yayıb.
"Bəzi haker icmaları Ukraynaya hücum etdiyi üçün Rusiyaya qarşı kibermüharibə elan ediblər Daim hücumlar edilir. İnternet səhifəsi tez-tez donur" , - deyə Peskov bildirib.