"Meta"dan sonra "YouTube", həmçinin dövlət tərəfindən maliyyələşdirilən RT media orqanı da daxil olmaqla, bir çox Rusiya kanalının video xidmətdən pul qazanmasını dayandırıb.
"Unikal" xəbər verir ki, "YouTube"un ana şirkəti "Alphabet" bu platforma vasitəsilə Rusiya mediasının pul qazanmasının qarşısını alıb.
"Ukraynadakı fövqəladə şərtlər fonunda son sanksiyalarla əlaqəli bir neçə Rusiya kanalı da daxil olmaqla bir sıra kanallar üçün "YouTube"-un monetizasiyasını dayandırırıq", - şirkətin bəyanatında deyilir.
Qeyd edək ki, bu gün "Twitter" Ukrayna və Rusiyada sürətli məlumat axınını təmin etmək üçün reklam funksiyasını ləğv etdiklərini açıqlayıb.