"Rusiyanın 150 min əsgərinin yarısı Ukraynaya daxil olub".
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama yayıb.
Müdafiə rəsmisinin sözlərinə görə, ABŞ və NATO Ukraynaya təhlükəsizlik yardımı göstərməkdə davam etdiyi üçün Ukraynanın işğalçı qüvvələrə qarşı müqaviməti Rusiyanın gözlədiyindən daha sərt olub.
"Müşahidələrimizə əsasən, biz bu müqavimətin rusların gözlədiyindən daha böyük olduğuna inanmağa davam edirik. Lakin deyə bilərəm ki, ümumilikdə 150 mindən çox rus əsgəri Ukraynaya qarşı sıraya düzülüb, hətta onların 50 faizindən çoxu ölkə daxilindədir".