Ukrayna qoşunları Qostomel yaxınlığında Rusiya xüsusi təyinatlılarının karvanını darmadağın edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna xüsusi təyinatlılarındakı mənbə yerli KİV-lərdən birinə açıqlamasında bildirib.
"Bunlar Kadırovçular idi. Onları super-elitar birlik hesab edirlər. Kolonnanın məğlubiyyəti zamanı Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayev məhv edilib. Bütün bunları əsir götürülən hərbçi təsdiqləyib. Milli Qvardiya indi Ukraynanın atıcı silahlarından və Alfa xüsusi bölməsindən qalanlarla məşğul olur", - deyə bildirilib.