“Google” şirkəti Rusiya dövlət KİV-lərinə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" Reuters agentliyinə istinadən xəbər verir ki, “Google” “YouTube” də daxil olmaqla, öz platforma və əlavələrində Rusiya KİV-ləri üçün monetizasiyanı dayandırıb.
Beləliklə, artıq Rusiya KİV-ləri “Google Tools” üzərindən reklam ala bilməyəcək, yaxud “Google” platformalarında reklam yerləşdirə bilməyəcək.
Qeyd edək ki, bundan əvvəl “Facebook” şirkətinə məxsus “Meta” Rusiya dövlət KİV-lərinin reklamlarına qadağa qoyub.