Gürcüstanda koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib. Son sutkada koronavirusa 4 835 yeni yoluxma halı qeydə alınıb, 41 nəfər vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Daha 13 840 nəfərin müalicə olunaraq sağaldığı qeyd olunub.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 1 603 007 nəfərdə aşkarlanıb. Onların 1 491 321-i sağalıb, 16 138-i isə dünyasını dəyişib.