Ukrayna BMT-nin Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı rəsmən iddia qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezdenti Volodimir Zelenski tviter hesabında yazıb.
"Biz Rusiyanın təcavüzə haqq qazandırmaq üçün soyqırımı anlayışını təhrif etdiyinə görə məsuliyyətə cəlb olunmasını tələb edirik. Məhkəmədən xahiş edirik ki, dərhal Rusiyaya hərbi əməliyyatları dayandırmağa məcbur etsin. Həmçinin, məsələ ilə gələn həftə dinləmə çağrılması arzuolunandır", - Zelenski bildirib.