Fevralın 27-də rus tankları Buça istiqamətindən İrpen ərazisinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri onları şəhərdən çıxara bilib.
"Unikal" xəbər verir ki, bunu İrpenin meri Aleksandr Markuşin bildirib.
“Biz İrpini saxlayırıq! Bu gün İrpen 100% nəzarət altındadır”, - şəhər meri vurğulayıb.
O, yerli sakinlərdən evdə qalmağı xahiş edib. Belə ki, atışma davam edir. O qeyd edib ki, Ukrayna hərbçiləri üçün əlavə qüvvələr gəlib.