Ukrayna və Rusiya arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.
"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.