Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.
"Biz silah, döyüş silahı, hətta döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk", - o deyib.
Onun sözlərinə görə, Ukrayna qırıcı təyyarələr istəyib və bəzi üzv ölkələrdə onlara malikdir. "Nazir Kuleba bizdən Ukrayna ordusunun istifadə edə biləcəyi qırıcılar barədə soruşdu. Bəzi ölkələrdə belə təyyarələr var", - Borrel əlavə edib.