Avropa İttifaqının Rusiya Federasiyasına qarşı sanksiyalarına uyğun olaraq, onun təyyarələrinin Kipr ərazisi üzərindən qalxması, enməsi və ya uçması qadağan edilib.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, Kipr hakimiyyətinin qərarı fevralın 28-i gecədən qüvvəyə minib.
"Rusiya aviaşirkətlərinə məxsus və ya onların icarəyə götürdüyü bütün təyyarələrin Kipr ərazisi üzərindən qalxması, enməsi və ya uçması qadağandır", - məlumatda bildirilir.
İstisna hallarda Kipr aviasiya orqanlarının icazəsi ilə humanitar və aviasiya-xilasetmə uçuşları, habelə icarəyə götürülmüş təyyarələr üçün uçuşların geri qaytarılmasına yol verilə bilər.
Kiprin nəqliyyat naziri Yiannis Karousosun sözlərinə görə, hakimiyyət Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Avropa İttifaqının qəbul etdiyi qərarın icrası üçün belə bir addım atıb: "Gecə yarısından (fevralın 28-i – red.) Rusiya təyyarələrinə hava məkanını bağlamaq üçün NOTAM (Qaydaların Dəyişikliyi üzrə Elektron Bildiriş – red.) verilib", - idarə rəisi "Twitter"də yazıb.
Ağarza Elçinoğlu