Rusiya heç vaxt NATO və hətta Ukrayna tərəfindən təhdid edilməyib. ABŞ özünü, müttəfiqlərini və tərəfdaşlarını qorumağa qadirdir.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqon Rusiya prezidenti Vladimir Putinin nüvə silahlarının hazırlıq vəziyyətinə gətirilməsi məsələsinə münasibət verərkən deyib.
Birləşmiş Ştatlar etiraf edir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə salıb. Bununla belə, ABŞ “özünü, müttəfiqlərini və tərəfdaşlarını müdafiə etmək” iqtidarındadır.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, bu, Putin tərəfindən lazımsız addımdır, çünki Rusiya heç vaxt NATO tərəfindən təhdid edilməyib, təbii ki, Ukrayna da deyil: "Biz özümüzü, müttəfiqlərimizi və tərəfdaşlarımızı, o cümlədən strateji çəkindirmə sahəsində qorumaq qabiliyyətimizə əminik".
Ağarza Elçinoğlu