Qərb dövlətlərinin Rusiyaya yeni sanksiyalar elan etməsindən sonra rubl ABŞ dollarına nisbətdə 30% ucuzlaşıb.
"Unikal" xəbər verir ki, Rusiya valyutası üçün yeni rekord minimum ölkənin bəzi banklarına "Swift" beynəlxalq ödəniş sistemindən istifadənin qadağan edilməsindən sonra baş verib.
Artan gərginlik həm də Brent markalı neftin bir barelinin 100 dollardan (75 funt sterlinq) yuxarı qalxmasına kömək edib.