Bazar günü, fevralın 27-də Belarusda Ukraynadakı müharibəyə etiraz edən 800-ə yaxın etirazçı saxlanılıb. 

"Unikal" Belarus Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlik müharibə əleyhinə hərəkətləri ictimai asayişi kobud şəkildə pozan “təxribat” hesab edir.

Qeyd olunub ki, insanlar “ictimai qaydanın müxtəlif pozuntularına görə” saxlanılıblar. 
 
Daxili İşlər Nazirliyinin məlumatına görə, icazəsiz müharibə əleyhinə aksiyalar “təxribatdır” və “ictimai asayişi kobud şəkildə pozur”. Faktla bağlı cinayət işi açılıb.
 
Ağarza Elçinoğlu