Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurasının yüksək səviyyəli iclasında iştirak edə bilməyəcək.
"Unikal" xəbər verir ki, Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində deyib.
Aİ-nin Rusiya Federasiyasına aviasiya sanksiyaları tətbiq etməsi, Rusiya təyyarələrinin uçuşlarına qadağa qoyması ilə əlaqədar Rusiya nazirindən müəyyən sənədlər tələb olunub. Rusiya tərəfi tələbləri yerinə yetirməkdən imtina edib.
"Xüsusilə böhranlı bir vaxtda üzv ölkələrin işini təmin etmək Birləşmiş Millətlər Təşkilatının və ona ev sahibliyi edən ölkənin borcudur", - Zaxarova bildirib.
Ağarza Elçinoğlu