"Rusiya və Ukrayna arasında danışıqlar Tehranın diqqət mərkəzindədir və əsas gündəm hərbi əməliyyatların dayandırılması olmalıdır".
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
"Ukrayna məsələsinin siyasi həlli var", - Xatbzadə bildirib.
O, həmçinin vurğulayıb ki, Xarici İşlər Nazirliyi Ukraynada yaşayan İran vətəndaşlarını təxliyə edir.