Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə yeni video paylaşıb.
"Unikal" xəbər verir ki, Zelenski Ukraynada son 4 gündə 16 uşağın öldüyü, 45 uşağın yaralandığı barədə danışıb. O, Rusiya qoşunlarının Ukraynada cinayətlər törətdiyini və "törədilən hər bir cinayətin bizi daha da birləşdir"diyini ifadə edib.
4500 rus əsgərinin öldürüldüyünü qeyd edən Zelenski rus əsgərlərinə “Gedin canınızı qurtarın” deyə səslənib.
"4500 əsgər itirdiniz. Niyə belə edirsiniz? Uşaqlarınızı niyə itirirsiniz? Silahlarınızı atın, gedin. Komandirlərinizə, təbliğatçılarınıza inanmayın. Sadəcə canınızı qurtarın".
Gülayə Mecid
“Rus saldırılarında 4 günde 16 çocuk öldü, 45 çocuk yaralandı. Ukrayna askerleri bütün Avrupa’yı savunuyor.”
— TRT Haber Canlı (@trthabercanli) February 28, 2022
Ukrayna Devlet Başkanı Vladimir Zelenskiy’den yeni açıklama geldi.https://t.co/skjNdVnvff pic.twitter.com/LivtQLEj0r