"Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin beş günü ərzində ölkəyə 56 raket zərbəsi endirilib".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“Beş gün ərzində artıq Ukraynaya qarşı 56 raket zərbəsi endirilib, 113 qanadlı raket atılıb. Dünya da bilir ki, nə etmək lazımdır. Mən bu gün tərəfdaşlarla bu barədə danışdım”, - Zelenski vurğulayıb.