Avropa Parlamenti Ukraynanın Avropa Birliyinə namizədliyi ilə bağlı müraciətinə müsbət cavab verib.

"Unikal" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ölkənin birliyə üzvlüyü ilə bağlı xüsusi prosedur başlayıb.

Prosedur Ukrayna Prezidenti Volodomir Zelenskinin Avropa parlamentində Kiyevdən videoformat şəklində etdiyi çıxışdan sonra başlayıb.

xxx

09:17

Avropa İttifaqı Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə baxılması proseduruna rəsmən başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə fevralın 28-də Ukraynanın Avropa İttifaqındakı nümayəndəsi Vsevolod Çentsov öz "Twitter" səhifəsində məlumat verib. 

O, Ukraynanın prezident Zelenskinin imzaladığı Aİ-yə üzvlük ərizəsini Aİ Şurasına sədrlik edən Fransanın Aİ-nin daimi nümayəndəsi Filip Leqlise-Kosta təqdim edib.

"Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini Aİ Şurasına sədrlik edən Fransanın Aİ yanında daimi nümayəndəsi Filip Leqlise-Kostaya təqdim etdim. Ərizə qeydə alınıb. Baxış prosedura başlanılıb”, - o yazır.

Xatırladaq ki, fevralın 28-də prezident  Vladimir Zelenski  Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

Ağarza Elçinoğlu