Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində rus ordusu hərbi hissəni artilleriya atəşinə tutub.
"Unikal" xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib. Onun sözlərinə görə, insident nəticəsində 70 ukraynalı döyüşçü həlak olub.
Bununla yanaşı, Jivitski Rusiya tərəfdən də böyük itkilərin olduğunu vurğulayıb:
“Şəhərdə çoxlu rus cəsədi var idi, biz onları toplayırıq. Qızıl Xaç Cəmiyyətinin əməkdaşları onları evlərinə aparır”.
Ərzidə xilasedicilər axtarış işlərini davam etdirirlər.