Dünyanın ən yaxşı qırıcı pilotlarından biri, ukraynalı polkovnik Oleksandr Oksançenko hava döyüşündə həlak olub.

"Unikal" xəbər verir ki, o, düşmən aviasiyasını öz üzərinə yönləndirdiyi zaman həlak olub.

Ukrayna prezidenti Vladimir Zelenski polkovnik Oksançenkonu ölümündən sonra "Ukrayna Qəhrəmanı" adına layiq görüb.

Qeyd edək ki, Polkovnik Oleksandr Oksançenko dünyanın ən yaxşı qırıcı pilotu olmuş ukraynalıdır.

O,akrobatikanın ən mürəkkəb elementlərini mükəmməl şəkildə yerinə yetirdi. Polkovnik hava şousunda - SIAF, "The Royal International Air Tattoo", "International Airshow-2017", "Czech International Air Fest"də qalibiyyətli uçuşlardan sonra məşhurlaşıb.

Onun əl yazısı və akrobatika üslubu bütün dünyada tanınır.

Gülayə  Mecid